Tikintiyə nəzarət

“Sizin tikintiyə nəzarət orqanınız”

ARPA Consulting son 10 ildə tikintiyə nəzarət xidmətləri göstərən peşəkar mühəndislik şirkəti imici qazanmış bir şirkətdir. Biz həm dövlət həm də özəl sektorla əməkdaşlıq edərək Beynəlxalq Mühəndislər Federasiyası Standartları (FIDIC) və yerli qanunvericiliyə uyğun olaraq bir sıra beynəlxalq maliyyə təşkilatlarının və yerli hökumətlərin maliyyələşdirdiyi layihələr həyata keçiririk.

Müxtəlif tərkibli və mürəkkəb sənaye, mülki infrastruktur, enerji, su və kanalizasiya sistemləri, idman obyektləri, yaşayış binaları, məişət tullantıları sahələrində tikinti layihələrinə nəzarəti həyata keçirmişik.

Tikintiyə nəzarət fəaliyyətimizə daxildir:

  • Müqavilə əsasında işlərin gedişat və metodlarının monitorinqi
  • Proqramın hazırlanması və həyata keçirilməsinə nəzarət
  • Tikinti layihələrinin hüquqi normalara uyğunluğuna nəzarət
  • Tikinti layihələrinin Beynəlxalq mühəndislər federasiyasının (FIDIC) standartlarına uyğunluğa nəzarət
  • Dizaynın modifikasiyası
  • Material və işlərin keyfiyyətinə nəzarət və keyfiyyətin təminatı
  • Hesabat və müvafiq qeydlər
  • Texniki dəstək
  • Laboratoriya testləri
  • Müəllif hüquqlarına nəzarət

Bu layihələrə nəzarəti uğurla həyata keçiririk:

  • Su təchizatı və sanitar sistemlər
  • Tullantı sularının təmizlənməsi
  • Enerji və elektrik
  • Yaşayış və qeyri-yaşayış binaları
  • Tibb ocaqları
  • Təhsil ocaqları
  • Məişət tullantılarının idarəolunması
  • Ətraf mühit və təbii sərvətlər
  • Sənaye infrastrukturu
  • Nəqliyyat, dəniz və dəmiryolu infrastrukturu