• Müştəri Azərişıq ASC
  • Tarix 06/2016 - 06/2019
  • Məkan Azərbaycanın bütün ərazisi
  • Maliyyələşdirən AİB

Layihənin məqsədi Azərbaycanda elektrik paylayıcı alt sektorun enerji səmərəliliyinin bərpa və köhnə enerji paylama şəbəkəsinin genişləndirilməsi yolu ilə artırılmasıdır. Nəzərdə tutulan investisiya proqramı: (i) bölgələrdə (rayonlarda) enerji təchizatı etibarlılığını artırmaq; (ii) paylama itkilərini azaltmaq; (iii) müştəri xidmətinin səmərəliliyini və keyfiyyətini artırmaq; (iv) regional paylayıcı şirkətlərin əməliyyat və maliyyə göstəricilərini yaxşılaşdırmaq və (v) paylama alt sektorunda korporativ islahatları və potensial inkişafını təşviq etmək. Azərbaycanın 20 bölgəsində, materialların sınanması və yoxlanılması da daxil olmaqla, 40-dan artıq podratçı inşaat işlərinə nəzarət.
Layihə nəticələrinə aşağıdakılar daxildir: ətraflı mühəndislik layihəsinin nəzərdən keçirilməsi və tədarükü, satınalma, tikinti, quraşdırma, sınaq və istismara vermə, ətraf mühit və sosial təminatların monitorinqi, zəruri irəliləyiş hesabatlarının verilməsi və Azərişıqın layihə idarəetmə potensialının yaxşılaşdırılması.
Məsləhətçi eyni zamanda bütün MFF və hər bir fərdi tranş üçün layihə performansının izlənilməsi sisteminin (PPMS) yaradılması, mühasibatlıqda kömək və Azərişığa ödəniş sertifikatlarının verilməsi və s. daxil olmaqla Layihə ilə əlaqəli fəaliyyətlərin maliyyə rəhbərliyindən məsuldur.