• Müştəri GIZ
  • Tarix 08/2018 - Bu günədək
  • Məkan Azərbaycan
  • Maliyyələşdirən GIZ

Proqramın modul hədəfi vahid məlumatlar əsasın-da biomüxtəliflik və ekosistem xidmətləri idarəetməsinin sektorlar arasında daha yaxşı koordinasiyasını təşviq etməkdir.
Proqram aşağıdakı hədəfləri əhatə edən dörd müdaxilə sahəsini əhatə edir:

  • Yerli səviyyədə biomüxtəliflik və ekosistem xidmətlərinin davamlı idarə olunması üçün alətlər və koordinasiya prosesləri sınaqdan keçirilir.
  • Bioloji müxtəliflik və ekosistem xidmətlərinin idarə olunması ilə bağlı sahə nazirliklərinin, tabe qurumlarının və təhsil müəssisələrinin icra imkanları yaxşılaşdırılmışdır.
  • Geniş ictimaiyyətin biomüxtəliflik və ekosistem xidmətlərinin əhəmiyyətinə dair təsəvvürləri daha müsbətdir.
  • Biomüxtəlifliyin davamlı idarə olunması və ekosistem xidmətləri üzrə regional mübadilə təkmilləşdirilmişdir.