2016-cı ilin mayında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Standartlaşma İnstitutunun keçirdiyi audit yoxlaması nəticəsində ARPA Consulting ISO 9001:2015 Keyfiyyətin idarəolunması sertifikatına layiq görülüb. ARPA Consulting MDB məkanında ISO 9001 sertifikatı almış ilk təşkilatdır.
Keyfiyyətin idarəolunması
ARPA Consulting layihələrin maliyyələşdirilməsi, idarəetmə və mühəndislik, texniki-iqtisadi əsaslandırma, insan resurslarının inkişafı, maliyyə və idarəetmə üzrə təlimlər kimi geniş sahələrdə xidmətlər göstərir. ISO 9001:2015 standartı ilə şirkət öz fəaliyyətində aşağıdaki prinsipləri əsas götürür:
- Öz fəaliyyətimizdə ISO 9001:2015 Keyfiyyətin idarəolunması sisteminin tələblərinə davamlı inkişafına riayət
- Fəaliyyət sahəmizə aid olan qanunvericilik və tənzimləmə aktlarının tələblərinə riayət
- Şirkətin fəaliyyətinə təsir edə biləcək xarici və daxili faktorların, iştirakçı tərəflərin maraqlarının nəzərə alınması
- Xidmətimizin səviyyəsinə təsir edə biləcək risklərin və xidmətlərimizin keyfiyyətinə təsir edə biləcək digər ehtimalların nəzərə alınması
- müştərilərimizə yüksək keyfiyyətli xidmət və bunun davamlı inkişafı
- müştəri məmnuniyyətini artırmaq üçün müvafiq dövlət qurumları ilə
- əməkdaşlıq və göstərilən xidmət səviyyəsinin mütəmadi ölçülməsi
əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması
ARPA Consulting LLC rəhbərliyi Keyfiyyətin İdarəolunması Sistemi tanış etməyə, bütün heyətin Sistemin tələblərini bilməyinə və sistemin davamlı inkişafına zəmanət verir.