ARPA Consulting sənaye və qeyri-sənaye obyektləri də daxil olmaqla, müxtəlif tip avadanlıqların istismarı və onlara texniki xidmət sahəsində ixtisaslaşıb. Əsas məqsədimiz xidmət göstərdiyimiz obyekt və avadanlıqların təhlükəsizliyini, effektivliyini və uzun ömürlülüyünü təmin etməkdir. Müxtəlif qurğuların təyinatı üzrə fəaliyyətini təmin etmək üçün tələb olunan geniş xidmət sahəsini bir araya gətirmişik. Bura obyekt və avadanlıqların fəaliyyətini təmin etmək məqsədilə qəbul edilən qərarlar və atılan addımlar daxildir.
Göstərdiyimiz xidmətə avadanlıqların sıradan çıxmasını önləmək üçün planlı, gündəlik, planlaşdırılmamış və proqnozlaşdırılan yoxlamalar daxildir.
Texniki xidmətə, materialların saxlanması və yoxlanılması, subpodratçıların qiymətləndirilməsi, SƏTƏMlə bağlı nəzaərətin həyata keçirilməsi aiddir.

İstismar və texniki xidmət göstərdiyimiz sahələrə aiddir:

  • Tullantı sularının təkrar emalı
  • Sənaye qurğuları və avadanlıqları
  • Zavod, fabrik və emalatxanalar
  • Binalar, düşərgələr və kəndlər
  • Kimyəvi qurğular
  • Lift avadanlıqları
  • Qeyri-sənaye obyektləri
  • Tibbi avadanlıqlar
  • İaşə obyektləri və başqaları