``Keyfiyyət layihənizin uğurudur. Biz onu təmin etməyə hazırıq``.

“ARPA Consulting” şirkəti Azərbaycanda rəsmi olaraq Dövlət Standartlaşdırma İnstitutundan təftiş xidmətlərinin göstərilməsi üçün akkreditasiya lisenziyası almış azsaylı təşkilatlardan biridir.

“ARPA Consulting” şirkəti “EQS Global” şirkəti ilə Əməkdaşlıq Müqaviləsi imzalayaraq EQS-in Azərbaycan və Xəzər regionu üzrə nümayəndəliyi qismində fəaliyyət göstərməyə başlamışdır.

“EQS Global” neft sektoru, enerji və alternativ enerji layihələri və tikinti kimi ən mürəkkəb sənaye sahələrində xidmət göstərmək üzrə ixtisaslaşmış müstəqil təftiş şirkətidir. Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən EQS artıq Azərbaycanda “ARPA Consulting” şirkəti tərəfindən təmsil olunur.

Biz istehsalçılar, metallurgiya sənayesi, energetika, neft və neft məhsulları və neft-qaz sektoru üzrə təftiş, keyfiyyətə nəzarət, injinirinq və kadr hazırlığını həyata keçiririk.

Biz tikinti və istismar prosesində istifadə olunan bütün materialların və həyata keçirilən iş, layihə və xidmətlərin layihə tələblərinə və hüquqi aktlara uyğun olduğuna zəmanət veririk.

Biz hansı xidmətləri həyata keçiririk?

  • Müstəqil təftiş
  • Təftiş və sertifikasiya (istismaravermə, istehsal, quraşdırma)
  • Dağıdıcı olmayan üsulla sınaqlar
  • Keyfiyyətə nəzarət və keyfiyyət təminatı
  • Podratçı və subpodratçıların ixtisaslaşma səviyyəsinin qiymətləndirilməsi
  • Material və zavodlara nəzarət xidmətləri
  • Rentgen yoxlaması
  • Sertifikasiya öncəsi audit
  • Tikinti işlərinin diaqnostikası
  • Mexaniki, elektrik və santexnika işlərinin kompleks hüquqi qiymətləndirilməsi
  • SƏTƏM yoxlaması
  • Yanğından mühafizə sisteminə nəzarət
  • Yerinə yetirilmiş işlər üzrə ölçmələr
  • Xərclərin smetası

Biz nəyi təftiş edirik?

  • Müxtəlif təyinatlı binalar
  • İstehsal müəssisələri
  • Beton konstruksiyalar
  • Metal konstruksiyalar
  • Metal məmulatları
  • Mexaniki, elektrik və santexnika işləri
  • Texnoloji avadanlıqlar
  • Texnoloji qurğular
  • Təzyiq altında işləyən avadanlıqlar
  • Rezervuarlar
  • Kanalizasiya təmizləyici qurğular
  • Boru kəmərləri
  • Yanğından mühafizə sistemləri
  • Tibbi cihazlar